9 İyul 2014 11:44
1 150
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakıda Azərbaycan Respublikası Mərkəzi Bankı və Maliyyə Nazirliyinin təşkilatçılığı ilə Dünya Bankı və Beynəlxalq Valyuta Fondunda ölkəmizin də daxil olduğu Seçki Qrupunun növbəti toplantısı keçirilib. Tədbirlə əlaqədar ölkəmizə gələn Polşanın maliyyə naziri Mateuş Şurek və bu ölkənin Mərkəzi Bankının sədri Marek Belka iş yorğunluğunu paytaxtımızın yollarında velosiped sürməklə çıxıblar.

Azərbaycan Velosiped Idmanı Federasiyası tərəfindən tam texniki dəstək alan polşalı qonaqlar səhər saatlarında Azneft meydanından hərəkətə başlamaqla Heydər Əliyev prospektinə çıxıblar və daha sonra Buzovna - Bilgəh - Nardaran - Şüvəlan - Mərdəkan marşrutu ilə hərəkət ediblər. Yolboyu Mateuş Şurek və Marek Belka həvəskar velosipedçilərə də qoşulublar.

Bilgəhdə, dəniz kənarında yüngül qəlyanaltı edən polşalı rəsmilər daha sonra geriyə qayıdıblar. Ümumilikdə 80 km məsafə qət edən qonaqlar paytaxt yollarında gördüklərindən, Azərbaycanın günü-gündən inkişaf etməsindən, ölkəmizdə velosiped idmanına olan maraqdan və insanların isti münasibətindən razı qaldıqlarını deyiblər.


Müəllif: