9 İyul 2014 12:31

ABŞ-da bir ana 6 övladını qətlə yetirib.



Yuta ştatında övladlarını öldürən qadın daha sonra onların meyitini qarajda gizlədib.

Polisin araşdırmaları nəticəsində məlum olbu ki, 39 yaşlı Meqan Hantsmen narkotik aludəçisi olub. O, 1996 və 2006-cı illər arasında anadan olmuş 6 övladını boğaraq öldürüb. Məsələ burasındadır ki, qadın narkotik istifadəçisi olduğuna görə, övladları dünyaya qüsurlu gəlib. Qadın polisə ifadəsində onlara baxmaqdan, qulluq etməkdən bezdiyini deyib. Polis qaraja baxış keçirən zaman 7-ci ölü uşağı da aşkarlayıb. Meqan Hantsmen narkotik istifadəçisi olduğuna görə, 7-ci uşaq ölü doğulub. Ölən 7 uşaqdan ikisi oğlan, beçi isə qız olub.

6 uşağın ölümündə təqsirli bilinən 39 yaşlı Meqan Hantsmenin iyulunun 21-də məhkəməsi keçiriləcək.

/ans press/


Müəllif: