9 İyul 2014 13:19
911
12 Punto 14 Punto 16 Punto 18 Punto
Slavyanskda hələ də terrorçuların kiçik qrupları qalıb.
Bu haqda “Gazeta.ua”ya Ukrayna ordusunun hərbçilərindən biri məlumat verib.
O bildirib ki, separatçılardan azad edilmiş Slavyansk şəhərin ətrafında, əsasən də sıx meşə massivlərində terrorçuların xırda qrupları qalmaqdadır.
Vaxtaşırı onlar Ukrayna ordusunun hərbçilərinə atəş açırlar.
Hərbçi deyib ki, Donetsk vilayətində təmizləmə əməlliyatlarının bitməsindən danışmaq hələ tezdir. Separatçılar partizan müharibəsi taktikasına keçib.
Yalnız iyunun 7-də axşam vaxtlarında Slavyanskda 3 istiqamətdə atışma olub.
/publika.az/

Müəllif: