9 İyul 2014 15:18

Terrorçular Donetsk vilayətində dəmir yolu üstündəki keçidi partlatıb.

Partlayış Kiyev-Xarkov-Doljanski xəttində baş verib.

Bu, son bir həftə ərzində Ukraynanın Donetsk vilayətində baş verən analoji hadisədir. Bundan əvvəl – 7 iyunda qatarla birlikdə dəmiryol körpüsü partladılmışdı. Qatar Slavyansk-Donetsk-Mariipol xətti ilə hərəkət edirdi.

Bundan əvvəl isə 27 iyun tarixində Donetsk vilayətinin dəmiryol xəttinin Oqorodnıy stansiyasında daxilolma işıqforu və istiqamət keçidi arasındakı dəmiryol körpüsündə iki partlayış baş vermişdi.

Bütün bunlar isə antiterror əməliyyatlarında böyük itkilər verən separatçıların partisan müharibəsinə keçdiyini göstərir.

/publikaz.az/


Müəllif: