9 İyul 2014 16:54
1 032
12 Punto 14 Punto 16 Punto 18 Punto

Kürd rəsmilər PKK-nın Suriya qanadı sayılan PYD-nin 200 İŞİD militanını öldürdüyünü açıqlayıb.

İraqdakı qırğınlardan sonra Suriyanın Kobani şəhərinə hücum edən İŞİD burada güclü müqavimətlə üzləşib. Əsasən, kürdlərin yaşadığı bölgədə müqaviməti PKK-nın Suriya qanadı sayılan PYD (Demokratik Birlik Partiyası) aparır. Artıq kürd rəsmilər 200 İŞİD döyüşçüsünü öldürdüklərini açıqlayıblar.


PYD sədri Saleh Müslim İŞİD-in Türkiyə torpaqlarını istifadə etmədən bu hücumları gerçəkləşdirə bilməyəcəyini deyib. Onun sözlərinə görə, yaralı İŞİD üzvləri Türkiyədə müalicə olunurlar. Saleh Müslim İŞİD-in Türkiyədə bəzi təşkilatlardan dəstək aldığını bildirib və bu mövzuda türkiyəli rəsmilərlə dialoq apardıqlarını söyləyib.


Xatırladaq ki, kürd rəsmilər ötən həftə İŞİD-in Kobaniyə hücum edib, 130 kürd şagirdini girov götürdüyünü açıqlamışdı.

/axar.az/


Müəllif: