9 İyul 2014 17:16

Bakı Metropoliteninin sabiq rəisi Tağı Əhmədov bəzi mətbu orqanlarda Ağcabədiyə icra başçısı vəzifəsinə təyin olunacağı barədə yayılan məlumatlara münasibət bildirib.

T.Əhmədov yayılan məlumatlardan xəbərsiz olduğunu söyləyib:

“Mən bu cür məlumatı ilk dəfə sizdən eşidirəm. Necə vəzifədir ki, mənim xəbərim yoxdur? Belə çıxır ki, jurnalistlər sabah xəbərim olmadan məni evləndirəcəklər. Hamısı, yalan söhbətlərdir”.

Xatırladaq ki, bəzi mətbu orqanlarda Bakı Meropoliteninin keçmiş sədri Tağı Əhmədovun Ağcəbədiyə icra başçısı təyin olunacağı ilə bağlı xəbərlər yayılıb.

/publika.az/


Müəllif: