9 İyul 2014 20:15
610

Prezident İlham Əliyev Tahir Tofiq oğlu Tağızadənin Azərbaycan Respublikasının Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığında fövqəladə və səlahiyyətli səfiri təyin edilməsi haqqında sərəncam imzalayıb.

Teleqraf.com bildirir ki, Dövlət başçısınını digər sərəncamı ilə T.Tağızadə Azərbaycan Respublikasının Çex Respublikasında fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılıb.

Prezidenti İlham Əliyev, həmçinin Fəxrəddin İsa oğlu Qurbanovun Azərbaycan Respublikasının Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığında, İrlandiya Respublikasında, İslandiya Respublikasında və Danimarka Krallığında fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılması haqqında sərəncam imzalayıb.


Müəllif: