10 İyul 2014 11:44
902
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ailəsində problem yaşayan paytaxt sakini 29 yaşlı Nəzakət Qasımova (ad şərtidir) köməksiz qaldığı üçün psixoloqa müraciət etmək istəyib.

Qadın qəzet elanlarından birinə zəng vuraraq, psixoloq qəbuluna yazılıb. Gənc psixoloqla görüşən qadın sonradan özünü rahat hiss etməyə başlayıb. Psixoloji söhbətlərə alışan Nəzakət Qasımova sonradan fərdi qəbula yazılıb. Bir müddətdən sonra onunla gənc psixoloqun arasında münasibət daha da istiləşib. Sonradan məlum olub ki, həmin psixoloq heç bir universitet bitirməyib. O, sadəcə bir müddət xaricdə kurs keçibmiş. Lakin artıq gec olduğundan Nəzakət Qasımova onun yanına gedib gəlməyə davam edib.

Nəzakət Qasımovanın həyat yoldaşı bir gün həyat yoldaşının gənc psixoloqla münasibətindən xəbər tutub və ailə dağılıb. Evdar xanım 2 uşaqla birlikdə tənha yaşamağa başlayıb.

“İndi bircə çıxış yolum var. Ancaq Allaha sığınıb, ona dua etmək. Çünki əlim hər yerdən üzülüb. Əgər günah olmasaydı, bəlkə artıq özümü öldürmüşdüm. İstəmirəm ki, yalançı psixoloqlar bundan sonra da mənim kimi köməksizləri aldatsınlar”.

/ans press/


Müəllif: