10 İyul 2014 13:50
1 015
12 Punto 14 Punto 16 Punto 18 Punto

Eks-spiker Rəsul Quliyev türkiyədə nurçu camaatının lideri, hazırda ABŞ-ın Pensilvaniya ştatında yaşayan Fətullah Gülənlə münasibətləri haqda yayılan xəbəri təkzib edib.


Eks-spiker “Fətullah Gülənlə heç vaxt görüşməmişəm və hətta rastlaşmamışam da” deyə bildirib.


R. Quliyev Azərbaycan mediasını da sərt ittiham edib.

Qeyd edək ki, R. Quliyevin bir müddət öncə Azərbaycan mediasına F. Güləni müsəlman dünyasının 5 şəxsiyyətindən biri adlandırması, onun siyasi rəqibinə çevrilmiş Ərdoğanı isə sərt tənqid etməsi bu informasiya fonunda diqqəti çəkirdi.


“Fətullah Gülən Türkiyəni işığa, Ərdoğan isə qaranlığa sürükləmək istəyir”, - deyə eks-spiker camaat liderini belə təqdim edirdi.

/publika.az/


Müəllif: