10 İyul 2014 15:03
1 011
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Bizim Türkiyə ilə sərhəddə siyasi məsələni çıxmaq şərti ilə heç bir gərgin vəziyyətimiz yoxdur”.

Bu sözləri Ermənistan prezidenti Serj Sərkisyan Argentinanın “La Nacion” qəzetinə verdiyi açıqlamada deyib.

O, Azərbaycanın müharibədə qalib gələcəyinə inanmadığını bildirib:

“Azərbaycanla isə münasibətlər başqa cürdür. Gərginlik var, amma bu, Azərbaycana görə yaranır. Minsk Qrupu adlanan Rusiya, Fransa və ABŞ kimi ölkələr Qarabağ konfliktini üç prinsip əsasında həll etməyə çalışırlar. Bunlar güc tətbiq etməmək, ərazi bütövlüyü və xalqların öz müqəddəratını həll etməsidir. Biz hərbi əməliyyatların başlamasını istisna etmirik. Düşünmürəm ki, Azərbaycanın bu kimi hərəkətlərə başlaması üçün imkanı var. Onlar həqiqətən hərbi texnikanın alınmasına çox pul xərcləyirlər, amma bu hələ qələbənin siğortalanması demək deyil”.

/axar.az/


Müəllif: