10 İyul 2014 15:57
952
12 Punto 14 Punto 16 Punto 18 Punto

İraqda işğallara davam edən İraq Şam İslam Dövləti (İŞİD) terror təşkilatı ələ keçirdiyi silahları Suriyaya aparır.

Həmin silahlarla keçən həftə Kobaniyə genişmiqyaslı hücumlara başlayıb. Kobaninin ətrafındakı kəndləri artıq ələ keçirən yaraqlılar YPG terror təşkilatının mövqelərini atəşə tutub. Kobanidə yaşayan insanlar isə İŞİD-in şəhərə girməsindən ehtiyat edərək bölgəni tərk ediblər.

Xatırladaq ki, təxminən iki ildir, suriyalı kürdlərin nəzarətində olan və kürdlərin Rojava adlandırdığı Kobaninin şimalındakı və şərqindəki kəndlərə İŞİD (İraq Şam İslam Dövləti) yaraqlıları günlərdir hücum edirlər. Buna görə Kobani kəndlərində yaşayan insanların YPG (PKK-nın Suriya qolu – red.) terror təşkilatına sığındığı bildirilir.

/publika.az/


Müəllif: