10 İyul 2014 16:07
1 390
12 Punto 14 Punto 16 Punto 18 Punto

İslam dinində spirtli içkilər haram buyurulub. Dindarların alkoqolsuz “Hacı pivəsi” adı altında satışa çıxarılan içkini qəbul etmələri düzgündürmü?

Bununla bağlı “Məşədi Dadaş” məscidinin imam camaatı, “Mənəvi dünya” ictimai birliyinin sədri, ilahiyyatçı Hacı Şahin Həsənli bildirib ki, bu içki bir çox müsəlman ölkələrində istehsal olunur və istifadə edilir:

“Pivənin tərkibi arpa suyudur, spirti yoxdursa, şəriət alimləri onun içilməsini qadağan etmir. Bu cür pivə bir çox müsəlman ölkələrində istehsal olunur. Ancaq bilmirəm, nəyə görə ona “Hacı pivəsi” deyirlər. Şəriətin göstərişinə görə, içkidə alkoqol yoxdursa, istifadə etmək olar”.

/axar.az/


Müəllif: