10 İyul 2014 16:16
852
12 Punto 14 Punto 16 Punto 18 Punto

Van-İrəvan hava reysinin açılması məsələsi yenidən gündəmə gəlib.

Ermənistan mətbuatına istinadla xəbər verilir ki, Türkiyənin Van vilayətindən olan iş adamları aviareysin açılması üçün Van Hava Yolları Anonim Şirkəti yaratmağı planlaşdırıblar.

Bunun məqsədinin Vanın iqtisadi, turizm potensialına diqqət cəlb etmək olduğu bildirilir. Adıçəkilən hava yolları şirkətinin yaradılmasına Van Ticarət və Sənaye Palatası, Van Biznesmenləri və Sənətkarlar Birliyi və Van Fondu dəstək verəcək. Məlumata görə Vanda 2015-ci ilin 2 aprelində təşkil olunacaq tədbirdə ilk uçuşun həyata keçirilməsi gözlənilir.

İlk mərhələdə VHY uçuşları icarəyə götürdüyü 180 nəfərlik 6 ədəd “Boing 737” tipli təyyarə ilə həyata keçirəcək. İlk marşrutun Van-İstanbul-Ankara arasında sabit qiymətlərlə qarşılıqlı uçuş əsasında reallaşması planlaşdırılır.

3 milyon dollarla sektora girən VHY büdcəsini 50 milyon dollara yüksəltməklə yeni təyyarələr almağı planlaşdırır. Bundan sonra isə Vandan İran, İraq, Gürcüstan, Ermənistana və əksinə uçuşlar gerçəkləşdirilməsi nəzərdə tutulur.

Qeyd edək ki, Van-İrəvan aviareysinin açılması məsələsi Azərbaycanda da ciddi tənqid olunub. A

/modern.az/


Müəllif: