10 İyul 2014 18:16
835

Gəncədə Gürcüstanın sabiq Prezidenti Eduard Şevardnadzenin xatirəsi anılıb.

Görkəmli ictimai-siyasi xadimin xatirəsi Gürcüstanın Gəncədəki Baş konsulluğunda yad edilib. Anım mərasimində Gəncə şəhər İcra Hakimiyyəti başçısının birinci müavini Mikayıl Zeynalov, YAP Gəncə şəhər təşkilatının sədri Naqif Həmzəyev, şəhər ictimaiyyətinin nümayəndələri və konsulluğun məsul şəxsləri iştirak ediblər.

Görkəmli şəxsiyyətin xatirəsi 1 dəqiqəlik sükutla yad edilib.

Daha sonra Gürcüstanın Gəncədəki Baş konsulluğunun matəm kitabına Mikayıl Zeynalov və Naqif Həmzəyev Eduard Şevardnadze ilə bağlı ürək sözlərini yazıblar.

Qeyd edək ki, Eduard Şevardnadze 1928-ci il yanvarın 25-də anadan olub. 1972-1985-ci illərdə Gürcüstan KP MK-nın birinci katibi, 1985-1990-cı illərdə SSRİ-nin xarici işlər naziri vəzifələrində çalşıb. 1995-2003-cü illərdə Gürcüstan Prezidenti olub. 7 iyul 2014-cü ildə ürək catışmazlığından vəfat edib.


Müəllif: