11 İyul 2014 10:22
803
12 Punto 14 Punto 16 Punto 18 Punto

Fövqəladə Hallar Nazirliyi Bakı bulvarında baş verən ölümlə bağl məlumat yayıb.


Teleqraf.com bildirir ki, FHN-nin “112” qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Bakı şəhəri, Səbail rayonunda Dənizkənarı Milli Parkın ərazisində 1 nəfər kişi dənizə düşməsi barədə məlumat daxil olub.

Hadisə yerinə cəlb edilən Fövqəladə Hallar Nazirliyinin dalğıc-xilasediciləri hadisə yerinə cəlb olunub. Xilasedicilər dənizdən kişi meyidi çıxarıb.

Araşdırmalar zamanı məlum olub ki, ölən şəxs 1992-ci il təvəllüdlü Xəyal Namiq oğlu Cahangirovdur. Onun cəsədi xilasetmə məntəqəsindən 200 metr aralıda, nəzarətsiz ərazidə tapılaraq sudan çıxarılıb.

Əməliyyat saat 06:09-da başa çatıb.


Müəllif: