11 İyul 2014 14:53
974
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya Ukraynanın şərqindəki terrorçulara yeni hərbi texnika göndərib.

İnformasiyanı Ukrayna mətbuatı yayıb.

Luqanska gələn yeni texnikanın Rusiyanın Krasnodar əyalətindən Ukraynaya keçdiyi bildirilib. Göndərilən hərbi texnikaların tərkibində ZTR-lərlə yanaşı beş ədəd T-72 tankı da var. Hazırda həmin texnikaların Luqanskın mərkəzində olduğu deyilir.

Qeyd edək ki, dünən Rusiyanın Xarici İşlər Nazirliyinin sözçüsü Aleksandr Lukaşeviç Ukraynaya ilə bağlı danışarkən ölkəsinin buraya müdaxilə etməyəcəyini bildirmişdi. O, Moskvanın Ukraynanın şərqində heç bir əməliyyat planlaşdırmadığını söyləmişdi.

/axar.az/


Müəllif: