11 İyul 2014 15:50
1 803

Xanım Qafarovanın qohumu: “Evin ətrafı insanlarla doludur”

Xanım Qafarova bir neçə dəqiqə əvvəl keçinib.

Bunu Teleqraf.com-a açıqlamasında Xanım Qafarovanın qohumları deyiblər. Onların sözlərinə görə, evin ətrafı insanlarla doludur : “Burda adam çoxdur. Yasımız var, hamı ağlayır, bizim üçün böyük itkidir”.

Qeyd edək ki, Xanım Qafarova neçə illərdir xərçəng xəstəliyindən əziyyət çəkir. Aktrisa xəstəliyi ilə əlaqədar 2009, 2011 və 2013-cü illərdə əməliyyat keçirib, İstanbuldakı Fatih Üniversitesi Tıp Fakültəsi Hastanesində müayinə olunub.

Heydər Əliyev Fondunun maliyyə dəstəyi ilə onun müalicəsi Sante Onkoloji Mərkəzdə aparılıb. Müalicə müddətində bədəninə verilən şüalardan gücsüzləşən aktrisaya mütəmadi qan köçürülüb.

İyul ayının 10-da Heydər Əliyev Fondunun prezidenti, millət vəkili Mehriban Əliyeva aktrisanın müalicəsinin İsraildə davam etdirilməsi ilə bağlı göstəriş verib. Ölkənin birinci xanımı həmçinin aktrisanın qızının təhsil xərclərini də öz üzərinə götürüb.

Pərvin


Müəllif: