11 İyul 2014 16:25
1 023
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanın dövlət sərhədlərinin mühafizəsinin gücləndirilməsi istiqamətində bu il müasir silahlar, uçuş vasitələri və üzmə avadanlıqları alınıb.


Dövlət Sərhəd Xidmətinin rəisi Elçin Quliyev sərhəd qoşunlarının hədəfinin işğal altında olan torpaqları azad etmək olduğunu bəyan edib.

Elçin Quliyev bildirib ki Dövlət Sərhəd Xidməti Milli dövlətçiliyimizin inkişafı və möhkəmlənməsi naminə böyük ruh yüksəkliyilə xidmət edir. Dövlət sərhədlərinin mühafizəsi sisteminin təkmilləşdirilməsi sahəsində təkcə 2014-cü ildə iki yeni hərbi hissə qarnizonu əsaslı tikintidən sonra, istifadəyə verilib.184 obyektdən ibarət 14 hərbi kompleks yaradılıb. Bununla yanaşı müasir silah və qurğuların sayı çoxaldılıb.

/ans press/


Müəllif: