11 İyul 2014 16:38
1 262
12 Punto 14 Punto 16 Punto 18 Punto

BMT-nin məlumatına görə, Ermənistanda 15-24 yaşlı gənclər arasında işsizliyin səviyyəsi 40 faizi ötür.

Bu barədə cümə günü BMT-nin Əhali Fondunun Ermənistandakı nümayəndəsi Qarik Ayrapetyan mətbuat konfransında deyib.

Eyni zamanda, rəsmi məlumatlara görə, 18-30 yaşlı şəxslərin təxminən 18,7 faizi və 20-24 yaşlı şəxslərin 23,4 faizi işləmir. Maraqlıdır ki, ölkədə işsizliyin orta səviyyəsi 15,4 faiz təşkil edir.

Q.Ayrapetyan qeyd edib ki, 24 yaşadək olan erməni gənclər arasında yoxsulluğun səviyyəsi 34 faiz təşkil edir ki, bu da ölkə üzrə orta göstəricini 32,4 faiz üstələyir.

Bundan əlavə, gənclərin vəziyyəti üzrə məruzəyə əsasən, Ermənistanın gənc əhalisinin 83,5 faizi imkan daxilində müvəqqəti yaşamaq üçün, 36,8 faizi isə daimi yaşamaq üçün ölkəni tərk edərdilər.

Hazırda ölkədə 24 yaşadək gənclərin sayı təxminən 500 min nəfərə çatır ki, bu da təxminən ölkə əhalisinin 16,5 faizini təşkil edir.

/trend/


Müəllif: