11 İyul 2014 21:00
1 110
12 Punto 14 Punto 16 Punto 18 Punto

Fələstinli aktivistlər “İraq Şam İslam Dövləti”nin iyrənc üzünü göstərən qısa komik film hazırlayıb.

Sosial şəbəkələrdə yayılan 5 dəqiqəlik video-çarxda İŞİD üzvlərinin yoldan ötənləri öldürmək üçün bir-birilə mübahisə etməsi yer alıb.

Filmdən də görünür ki, İŞİD üzvləri qarşılarına çıxan hər kəsi, müsəlman və ya xristian olması fərq etmədən, “savab qazanmaq üçün” öldürürlər.

İki müsəlmanı rahatlıqla öldürən İŞİD üzvləri arasında bir xristian vətəndaşı öldürmək üçün mübahisə düşür. Səbəb isə, onların öz dili ilə desək, xristian öldürməyin daha çox savab olmasıdır.

Filmin sonu isə daha düşündürücüdür. Belə ki, İŞİD-in nəzarətində olan əraziyə girən növbəti şəxs İsrail vətəndaşı olmasına baxmayaraq, əli silahlılar ona qarşı heç bir zor tətbiq etmir və yoluna davam etməsinə izn verirlər.

Fələstinli aktivistlər qısa filmlə bir qədər komik və gülünc formada İŞİD-in əsl üzünü göstərməyə çalışıb. Film cihad adı altında mübarizə aparan bu şəxslərin insan həyatına necə adi və ucuz yanaşdıqlarını göstərir.

/axar.az/


Müəllif: