11 İyul 2014 22:23
930
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ukrayna prezidenti Petro Poroşenko ölkənin şərqində yaranmış son durum və terrorçuların “Qrad” atəşləri nəticəsində çoxlu sayda Ukrayna əsgərinin həlak olması ilə əlaqədar güc strukturlarının rəhbərlərinin iştirakı ilə müşavirə keçirib.


P.Poroşenko bildirib ki, Ukrayna hərbçilərinə qarşı “Qrad” qurğularından istifadə edən bütün terrorçuları aşkarlanaraq məhv ediləcək: “Bizim hər əsgərimizin həyatı üçün quldurlar onlarla, yüzlərlə öz həyatları bahasına cavab verəcəklər. Bir terrorçu belə məsuliyyətdən qaça bilməyəcək və layiqli cəzasını alacaq”.

P.Poroşenko hazırda ölkə sərhədlərini, Donetsk, Luqansk hava limanlarını və atəş altında olan digər şəhərləri hər saniyə həyatını riskə ataraq müdafiə edən əsgərləri qəhrəman adlandırıb: “Dövlət öz qəhrəmanlarına ehtiramla yanaşır və öz həyatını qurban verən hər qəhrəmanı hörmətlə xatırlayır”.

/apa/


Müəllif: