12 İyul 2014 10:12
1 239
12 Punto 14 Punto 16 Punto 18 Punto

Danimarkalı Orta şərq müxbiri Allan Sorensenin Twitter səhifəsindən paylaşdığı fotoşəkildə, İsrail hərbiçiləri Qəzzanı bombardıman edərkən bir qrup israillinin də kino kimi yaşananları izlədiyi göstərilib. Bəzilərinin bombardımanı alqışlaması sosial şəbəkələrdə böyük mənfi reaksiya doğurub.


Allan Sorensen İsveç mediasına verdiyi açıqlamada bildirib ki, Qəzza sərhədinə toplanan bir qrup İsraillinin, hər düşən bombadan uşaq qışqırıqlarına baxmayaraq, bunu vicdansızca alqışlayarak sevinc nümayiş etdiriblər. Sorensen yaşanan vəziyyəti empatiya məhrumluğu olaraq xarakterizə edib.

Qeyd edək ki, İsrailin bazar ertəsi günündən bu yana davam edən Qəzzaya ard-arda hücumlarında, ölü sayının 115-ə yüksəldiyi bildirilib.

Xatırladaq ki, İordan çayının Qərb sahilində iyunun 12-də itən 3 yəhudinin 18 gün sonra ölü tapılmasının ardından fələstinli gənc Məhəmməd Əbu Hudayr 2 İyulda məskunlaşdırılan yəhudilər tərəfindən qaçırılmış və yandırılaraq öldürülmüşdü. Bundan sonra bölgədə gərginliyin artmasıyla İsrail bazar ertəsi günü Qəzzaya "Qoruyucu xətt" adı altında əməliyyat başlatdığını bildirib.

/ans press/

Müəllif: