12 İyul 2014 13:13
1 136
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ukraynada antiterror əməliyyatlarının başlandığı aprel ayından indiyə kimi 1000-ə qədər terrorçu məhv edilib.

Bu barədə anti-terror mərkəzinin mətbuat xidmətinin rəhbəri Vladislav Seleznyov “facebook” səhifəsində bildirib.

“Bu gün terrorçular ciddi itki verib. Hərbi aviasiya terroçuların iki minaatan batareyasını, həmçinin iki tank, üç BTR, xeyli sayda avtomobil və döyüş sursatını məhv edib”, - Seleznyov yazıb.

O, Qolmovski rayonunda terrorçuların hərbi düşərgəsinin, Perevalsk şəhəri yaxınlığında isə iki tank, 10 zirehli maşın, 15 avtomobilin məhv edildiyini qeyd edib. Anti-terror mərkəzinin mətbuat xidmətinin rəhbəri son bir gün ərzində təxminən 500 terrorçunun öldürüldüyünü bildirib.

Onun sözlərinə görə, İzvarino ərazisində terrorçuların dayaq məntəqəsi aşkar edilərək sıradan çıxarılıb. V.Seleznyov gün ərzində Ukrayna ordusunun 16 hərbi təyyarəsinin antiterror əməliyyatlarda iştirak etdiyini qeyd edib.

/publika.az/


Müəllif: