14 Aprel 2017 15:19
653
12 Punto 14 Punto 16 Punto 18 Punto

Daxili İşlər Nazirliyi Mətbuat Xidmətinin Gəncə, Şirvan, Quba, Lənkəran, Şəki və Bərdə regional qurumlarında vakant olan baş inspektor vəzifələrinə xidmətə qəbulla əlaqədar müsabiqə elan edib.

Nazirliyin mətbuat xidmətindən Teleqraf.com-a verilən məlumata görə, müsabiqədə Azərbaycan ali təhsil müəssisələrini “jurnalist” ixtisası üzrə bitirmiş, müxbir kimi əmək stajına malik olan, yaşı 30-dan yuxarı olmayan, həqiqi hərbi xidmət müddətini tam başa vurmuş (kişilər üçün), özü və yaxın qohumları məhkum olunmamış, boyu 165 santimetr və yuxarı (qadınlar üçün 160 santimetr və yuxarı) olan, "Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamə"də müəyyən olunmuş şərtlərə cavab verən, aşağıda göstərilən şəhər və rayonlarda yaşayış yeri üzrə qeydiyyatda olan və hal-hazırda yaşayan Azərbaycan vətəndaşları iştirak edə bilərlər:

Gəncə regionu üzrə: Gəncə, Goranboy, Göygöl, Samux, Şəmkir; Şirvan regionu üzrə: Şirvan, Hacıqabul, Saatlı, Sabirabad, Salyan; Quba regionu üzrə: Quba, Xaçmaz, Qusar; Lənkəran regionu üzrə: Lənkəran, Astara, Masallı; Şəki regionu üzrə: Şəki, Mingəçevir, Oğuz, Qəbələ; Bərdə regionu üzrə: Bərdə, Ağdam, Tərtər, Yevlax.

Elektron ərizənin qeydiyyata alınması barədə müvafiq məlumat aldıqdan sonra müsabiqədə iştirak üçün dəvət edilən namizədlər aşağıdakı sənədləri təqdim etməlidirlər: şəxsiyyət vəsiqəsi; ali təhsil haqqında diplom; hərbi bilet (kişilər üçün); əmək kitabçası.


Müəllif: