14 Aprel 2017 16:54
683
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri şeyxülislam Allahşükür Paşazadə xristian dini rəhbərlərini və Azərbaycandakı xristian icmaların başçılarını qarşıdan gələn Pasxa bayramı münasibətilə təbrik edib.

QMİ-dən Teleqraf.com-a verilən məlumata görə, Allahşükür Paşazadə xristian aləmində ən önəmli bayamlardan biri olan Pasxa münasibətilə Roma Papası Fransiskə, Moskva və bütün Rusiya Patriarxı Kirillə, Bütün Gürcüstan Patriarx-Katolikosu II İliyaya, Rum Fənər Patriarxı Varfolomeyə, Bütün Belarus Minsk və Zaslavsk patriarx ekzarxı Pavelə, Bütün Belarusun fəxri patriarx ekzarxı Mitropolit Filaretə, Kiyev və bütün Ukrayna Mitropoliti Onufriyə, Bakı və Azərbaycan Yeparxiyasının Arxiyepiskopu Aleksandra, eləcə də Vatikan dövlətinin mədəniyyət üzrə Papa Şurasının prezidenti Kardinal Canfranko Ravazziyə, dövlət katibi Kardinal Pyetro Parolinə, Nunsi Arxiyepiskop Marek Solçinskiyə və Roma Katolik Kilsəsinin Azərbaycandakı nümayəndəsi Vladimir Feketeyə təbrik məktubları ünvanlayıb.


Müəllif: