14 Aprel 2017 21:24
583
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xarici İşlər Nazirliyinin Beynəlxalq İnkişafa Yardım Agentliyinin (AİDA) direktoru Əşrəf Şıxəliyev Cibuti Respublikasının səhiyyə naziri Cama Elmi Okiehin ölkəmizə səfəri çərçivəsində onunla görüş keçirib.

XİN-in mətbuat xidmətindən Teleqraf.com-a verilən məlumata görə, görüş zamanı Ə.Şıxəliyev AİDA-nın İslam İnkişaf Bankı ilə birgə Afrika ölkələrində həyata keçirdiyi “Qarşısı alına bilən görmə qabiliyyətinin itirilməsi ilə mübarizə” kampaniyası haqqında qonaqlara məlumat verib. Tərəflər bu kampaniyanın Cibuti üçün əhəmiyyəti və Azərbaycanın töhfəsinin artırılmasına dair müzakirələr aparıblar. Bununla yanaşı, görüş çərçivəsində Cibuti xalqına səhiyyə sahəsində göstərilən xidmətlərin yüksəldilməsi məqsədilə Azərbaycanla müxtəlif istiqamətlərdə əməkdaşlığın inkişafına dair fikir mübadiləsi aparılıb.

Səxavət


Müəllif: