15 Aprel 2017 14:11
789
12 Punto 14 Punto 16 Punto 18 Punto

İranın şimal-qərbində güclü sel daşqınları baş verib.


APA-nın “RİA-Novosti”-yə istinadən verdiyi məlumata görə, bu barədə hadisənin baş verdiyi Şərqi Azərbaycan Vilayətinin rəhbərliyin açıqlamasında bildirilir.

“Hazırda Əcəbşir rayonunda 14 nəfərin meyiti tapılıb, daha üç nəfərin meyiti Azərşəhr dairəsində sudan çıxarılıb. Axtarış-xilasetmə işləri davam edir. Sel daşqınları nəticəsində 37 nəfər zərər çəkib”, - deyə məlumatda qeyd olunub.

Sonradan verilən məlumata görə, sel nəticəsində ölənlərin sayı 35-ə yüksəlib, daha bir neçə nəfər itkin düşüb.

Ölənlər Kirmanşah əyalətinin, Şərqi Azərbaycan əyalətinin Azərşəhr və Əcəbşir şəhərlərinin sakinidir. İran prezidenti təbii fəlakət bölgəsinə xüsusi nümayəndələr göndərib. Təbriz şəhərində də sel evlərə ziyan vurub.

İranın Qərbi Azərbaycan əyalətinin Urmiya şəhərində sel bir neçə körpünü dağıdıb, bir neçə kəndin əhalisi evakuasiya olunub. Ölü və itkin sayının artacağı ehtimal olunur.

Qeyd edək ki, İranda güclü yağışlar nəticəsində bəzi çaylar məcrasından çıxıb, yaşayış məntəqələrinə ciddi ziyan dəyib.


Müəllif: