14 İyul 2014 11:52
1 411
12 Punto 14 Punto 16 Punto 18 Punto

İslam Abıyev: “Kim istəsə, gəlib mənimlə görüşə bilər”

“Yazırlar ki, oğlum 9-cu mərtəbədən yıxılıb, xoşbəxtlikdən yüngül xəsarət alıb. Bu xəbərə yalnız gülmək olar”. Bu sözləri musavat.com-a Daşkəsən rayon İcra Hakimiyyətinin başçısı Əhəd Abıyev deyib.

O, bildirib ki, oğlunun intihar etməsi haqda məlumat yalandır: “Gəlsinlər görsünlər, oğlumun bədənində bir cızıq, sıyrıq varmı? Ayıbdır, utansınlar. Uşaq dəniz kənarında istirahətdədir”.

Yayılan bu xəbərlərə cavab olaraq, Ə.Abıyev oğlu ilə birgə Zaqulbada istirahət etdiyini dedi: “Telefonu verirəm İslama, özünüz onunla danışın”.

Əhəd Abıyevin oğlu İslam Abıyev isə musavat.com-a bildirdi ki, barəsində yayılan məlumatlar iftiradır və inanmayan mətbuat nümayəndələri gəlib, onunla görüşə bilərlər: “Zaqulbadayam, atamın yanımdayam. Kim istəsə, gəlib mənimlə görüşə bilər. Bədənimdə heş bir xəsarət yoxdur. Yıxılan adamın bədənində xəsarəti olar, başı yarılar. 9-cu mərtəbədən yıxılana heç nə olmaz?”


İ.Abıyev onu görmək istəyənləri Zaqulbadakı çimərliyə dəvət etdi.


Müəllif: