14 İyul 2014 12:04

İraqın paytaxtı Bağdadda radikal islamçıların əxlaqsız qadınlarla mübarizəsi davam edir.

Xarici mətbuata istinadən bildirilir ki, əyinlərində kamuflyaj olan bir qrup silahlı dünən Bağdadın Zayuna səmtindəki iki mənzilə basqın ediblər.
Basqınlarda 29 nəfər güllələnib. Həlak olanların 20 nəfəri qadınlardır.
Yerli sakinlərin dediklərinə görə, güllələnmiş 20 qadın əxlaqsızlıqla məşğuldular.
Bağdad polisinin zabitlərindən biri adının çəkilməməsi şərtilə deyib: "Hadisənin baş verdiyi mənzillərdən birinə qalxanda pilləkəndə hər yanda qadın cəsədləri və qan vardı. Mənzil də də cəsədlər çoxdu. Qadınların bəzilərini divanda oturduqları yerdə güllələmişdilər. Bir qadını isə gizləndiyi dolabda vurmuşdular".
Ötən ilin may ayında Zayuna səmtində analoji "reyd" zamanı 7 qadın və 5 kişi güllələnmişdi.
/milli.az/

Müəllif: