14 İyul 2014 12:09
1 102
12 Punto 14 Punto 16 Punto 18 Punto

İranın Ali Dini lideri Ayətullah Xameneyi Amerika və İngilətərənin Qəzzadakı uşaq ölümlərini rəsmən himayə etdiyini bildirib.


İran İslam Respublikasının Ali Dini lideri Ayətullah Xameneyi İsrailin Qəzzaya hücumlarının fəsadlarından və bu qətliamların hansı ölkələr tərəfindən himayə edilməsindən danışıb.

İslam inqilabının rəhbəri müasir dünyanın acı gerçəkliklərini, bəzi ölkələrin təbliğat hegemoniyası ilə həqiqətləri dəyişdirdiklərini xatırladaraq, Qəzza hadisələrinə toxunub:


“Bəzən bir heyvanın dünyanın hər hansı bir guşəsində öldürülməsinə görə böyük bir qalmaqal yaradılır. Ancaq Qəzzaya edilən son hücumların və əksəriyyətini məzlum və günahsız uşaqların təşkil etdiyi 100-dən çox insan qətllərinin onlar üçün heç bir əhəmiyyəti yoxdur. Əksinə, Amerika və İngiltərə rəsmən bu hücumları himayə edir”.

/axar.az/


Müəllif: