14 İyul 2014 12:41

Qəzzada 170-ə yaxın fələstinli ölüb, 1200-ə yaxın insan yaralanıb.


İsraildə bir həftədir davam edən hava və dəniz əməliyyatlarında 170-ə yaxın fələstinli ölüb, 1200-ə yaxın insan yaralanıb. Onların əksəriyyəti dinc sakinlərdir. Qəzzada aramsız raket hücumlarından sonra insanlar bölgəni tərk etməyə başlayıb. İsrailin baş naziri Benyamin Netanyahu əməliyyatların hələ uzun müddət davam edə biləcəyini bildirib. Həmas döyüşçüləri İsrail ərazisinə 800-ə yaxın raket buraxıb, onların bəziləri İsrailin ballistik raket əleyhinə müdafiə sistemi tərəfindən zərərsizləşdirilib, qalanları açıq sahələrdə və ya Fələstin anklavının ərazisində partlayıb. İsrail tərəfdən yalnız 20 nəfər yaralanıb, itki yoxdur.

Qərb sahilində Ramallah şəhərində yerli sakinlər Qəzzada yaşayan həmvətənlilərinə həmrəylik nümayiş etdirmək üçün kütləvi yürüş keçirib. 200-ə yaxın qadın və kişi Fələstin bayraqları dalğalayaraq, dünya ictimaiyyətini İsrailin müharibə cinayətlərini dəstəkləməkdən vaz keçməyə çağırıb.

İranın Ali Dini Lideri Qəzza zolağında davam edən avihücumlarla əlaqədar ABŞ və Britaniya hökümətlərini İsraili dəstəkləməkdə ittiham edib. Tehranda çıxış edən Ayətullah Əli Xamneyinin fikrinə görə, Qərb Yaxın Şərq münaqişəsi məsələsində faktları təhrif edir.

/ans press/


Müəllif: