14 İyul 2014 13:59
818
12 Punto 14 Punto 16 Punto 18 Punto

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi 10 rayonun işəgötürənləri üçün “Açıq qapı” günü-vətəndaş forumu keçirib.



Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, ƏƏSMN tərəfindən əmək müqaviləsi bildirişi üzrə elektron informasiya sistemindən (EİS) istifadə qaydalarına dair bölgələrdə keçirilən maarifləndirmə tədbirləri Yevlax rayonunda davam etdirilib. Bu məqsədlə Yevlax rayon İH ilə birgə təşkil olunan “Açıq qapı” günü-vətəndaş forumuna 10 şəhər və rayonun (Mingəçevir, Naftalan, Yevlax, Ağdaş, Goranboy, Ucar, Zərdab, Kürdəmir, Ağsu və Göyçay) işəgötürənləri cəlb olunub.

Forumda qeyd olunub ki, həyata keçirilən bu islahat tədbiri işəgötürənlər və işçilər arasında bağlanmış hər bir əmək müqaviləsinin əmək müqaviləsi bildirişi formasında EİS-də qeydiyyatdan keçirilməsini nəzərdə tutur. Əks halda bağlanmış əmək müqavilələri heç bir hüquqi əsasa malik deyil. Yalnız bağlanmış əmək müqaviləsi deyil, əmək müqaviləsinə edilən dəyişiklik, yaxud əmək müqaviləsinə xitam verilməsi də bununla bağlı EİS-ə daxil edilmiş bildiriş forması EİS-də qeydiyyatdan keçdikdən və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərildikdən sonra hüquqi qüvvəyə minir.

Əmək münasibətlərinin EİS-də elektron qeydiyyatı işçilərin gələcək sosial təminat hüquqlarının müdafiəsinə, sosial sığorta haqları və vergi daxilolmalarının artırılmasına da şərait yaradacaq.

/ans press/


Müəllif: