14 İyul 2014 13:50
1 000
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu saatlarda bir qrup şagird və valideyn Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının qarşısına toplanıb.

Alınan məlumata görə, onlar orta ixtisas təhsil müəssisələrinə keçirilən imtahanların nəticələrindən narazıdır.

Şagirdlər balların bu il yüksək olduğunu iddia edirlər.

Qeyd edək ki, iyunun 29-da ümumi orta təhsil bazasında (9 illik) orta ixtisas təhsili müəssisələrinə əvvəlki illərin məzunları üçün qəbul imtahanı keçirib. İmtahan nəticələrinə əsasən, yerlərin 99.04 faizi dolub.

/publika.az/


Müəllif: