14 İyul 2014 16:46

Filippində baş verən hadisə insanı çaş-baş salıb. Bilmirlər ki, 3 yaşlı qızın ölüb yenidən dirildiyinə insansınlar, yoxsa həkimlərin səhvən ölüm diaqnozu qoyduğuna.


Rusiya mətbuatına istinadən xəbər verilir ki, 3 yaşlı qız uzun müddət qızdırmadan əziyyət çəkirmiş. Şənbə günü həkimlər onun öldüyünü deyiblər. Bazar günü isə qızın cəsədini dəfn etmək üçün yerli kilsəyə gətiriblər. Burada qonşulardan biri qəflətən tabutu açıb. Orada qızcığazın tərpəndiyini görüblər. Qızın nəbzini yoxladıqdan sonra su içirdib evlərinə aparıblar.

İndi valideyinlər daha peşəkar həkim axtarırlar ki, qızlarını müalicə etdirsinlər.

/milli.az/



Müəllif: