14 İyul 2014 17:30
1 003
12 Punto 14 Punto 16 Punto 18 Punto

Daxili müharibələrin hər gün daha da şiddətləndiyi Suriyanın Hələb şəhərində iki aylıq uşaq uçan divarların arasından möcüzəvi şəkildə xilas edilib.



Alınan məlumata görə, ölkə prezidenti Bəşər Əsədə məxsus hökumət qüvvələri Hələb şəhərinə havadan zərbələr endiriblər.

Bu zaman ərazidə olan bütün evlər yerlə-yeksan olub.

Uçan evlərdən birinin divarları arasında qalan 2 aylıq bir qız uşağı sağ-salamat xilas edilib.

Bədənindən yüngül xəsarətlər alan qızcığaz ailəsinə təhvil verilib.

/ans press/


Müəllif: