14 İyul 2014 17:39
1 055
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yay fəsli olmasına baxmayaraq, Rusiyanın iki şəhərinə qar yağıb.

Çelyabinsk və Yekaterinburq şəhərlərinə yağan qar bir neçə saat davam edib.

Qeyd edək ki, Rusiyanın Ural bölgəsində yerləşən Çelyabinsk və Yekaterinburg şəhərlərində havanın temperaturu mənfi 3 dərəcəyə enib.

Şəhər sakinlərinin internetdə yerləşdirdiyi video və şəkilləri görən hər kəs xeyli təəccüblənib.

Onu da bildirək ki, Rusiya Fövqəladə Hallar Nazirliyi əhaliyə temperaturun gələn həftə dəyişəcəyi və bölgədə ola biləcək sel axınları barədə xəbərdarlıq edib.

Xatırladaq ki, 1949-cu ildə Başqırdıstanda, 1960-cı ildə İvdel və 1963-cü ildə yenə Yekaterinburq şəhərində yaz aylarında qar yağmışdı.

/axar.az/


Müəllif: