15 İyul 2014 09:53

Azərbaycan Ordusu daha bir əsgərini itirib.

Hadisə Müdafiə Nazirliyinin qərb bölgəsində yerləşən “N” saylı hərbi hissəsində qeydə alınıb. Hərbi hissənin əsgəri Xəlilov Orxan Lazım oğlu tabeliyindəki xidməti silahından açılan atəş nəticəsində dünyasını dəyişib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən faktı təsdiqləyiblər.

Baş vermiş hadisə ilə bağlı hərbi prokurorluq tərəfindən cinayət işi başlanıb, araşdırma aparılır./apa/


Müəllif: