15 İyul 2014 11:00
901
12 Punto 14 Punto 16 Punto 18 Punto

Antalya sakini A.E. məişət zorakılığına məruz qaldığını bildirib.

Türkiyədə həyat yoldaşını boşamaq üçün müraciət edən 48 yaşlı pilot arvadı tərəfindən döyüldüyünü iddia edərək məhkəmədən təhlükəsizliyinin təmin olunmasını tələb edib.

Daha əvvəl həyat yoldaşını boşayan, sonra onunla yenidən evlənən Antalya sakini A.E. məişət zorakılığına məruz qaldığını bildirib.

A.E. hətta bu məqsədlə daha əvvəl polis bölməsinə də müraciət etdiyini qeyd edib.

Pilotun həyat yoldaşı isə iddiaları təkzib edərək özünün zorakılığa məruz qaldığını bildirib.

“Həyat yoldaşım fiziki olaraq məndən daha iridir. Bu səbəbdən də onu döyməyim mümkün deyil. Bu, ciddi olmayan bir ittihamdır”.

Qarşılıqlı iddiaları dinləyən məhkəmə heyəti isə prosesi təxirə salıb.

/ans press/


Müəllif: