15 İyul 2014 13:04
1 328
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanın işğal altındakı Şuşa şəhərində yerli separatçılar tərəfindən 3-cü “Akop Gürcyan” beynəlxalq simpoziumu keçirilir.

Erməni mətbuatına istinadən xəbər verilir ki, simpozim iyulun 28-nə qədər davam edəcək.

Bu müddətdə 9-u xarici olmaqla 12 heykəltaraş müxtəlif sənət nümunələri yaradacaq. Dağlıq Qarabağa qanunsuz gələn xarici qonaqlar arasında italyanlar - Auqustino Lippi, Massimo Lippi, hindistanlı Kanta Kişorre və s. heykəltaraşlar iştirak edir. “Akop Gürcyan” simpoziumunun sonunda onların yaratdıqları heykəllər Şuşaya hədiyyə ediləcək.

Simpoziumda iştirak edən heykəltaraşların fotosunu təqdim edirik:

/modern.az/


Müəllif: