15 İyul 2014 17:59
918
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi (QKDK) "Bakı Metropoliteni" QSC-nin ümumi dəyəri 1,77 milyard manat olan sadə, adlı, sənədsiz səhmlərinin emissiya prospektini qeydiyyata alıb.


Bu barədə QKDK-nın rəsmi saytında bildirilib.

Emissiya çərçivəsində hər birinin nominal dəyəri 14,14 manat olan 125 244 043 səhm buraxılıb.

İlkin yerləşdirmə qapalı rejimdə keçiriləcək.

"Bakı Metropoliteni" QSC Prezident İham Əliyevin bu ilin fevral ayında imzaladığı sərəncama uyğun olaraq Bakı Metropoliteni və "Azərtunelmetrotikinti" SC-nin təkrar strukturlaşdırılması yolu ilə yaradılıb. Səhmdar cəmiyyət bu iki strukturun hüquqi varisidir. Bundan başqa, strukturların bütün hüquqları, öhdəlikləri və əmlakı QSC-yə verilib.

/ans press/


Müəllif: