15 İyul 2014 19:09
2 503
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyənin İzmir şəhərində 34 yaşlı Tuna Konuş aldığı avtomobilin kredit borcunu ödəyə bilmədiyi üçün depressiyaya düşüb.

Teleqraf.com xəbər verir ki, həyat yoldaşına zəng edən Konuş ona intihar edəcəyini deyib. Dərhal polisə məlumat verən qadın həyat yoldaşının iş yerinə gedib. Özünü məftillə tavandan asan Tuna Konuş yaxınlıqda olan iş yoldaşı tərəfindən xilas edilib.

Dərhal xəstəxanaya aparılan T. Konuş həkimlərin bütün cəhdlərinə baxmayaraq, 2 gün sonra həyatını itirib.

Evli və bir övlad sahibi olan Tuna Konuşun ölümü ilə bağlı araşdırma başlayıb.

Uğur


Müəllif: