16 İyul 2014 11:33
1 022
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün səhər 08.15 radələrində Bakı metrosunda bədbəxt hadisə qeydə alınıb.

Belə ki, metronun "28 May" stansiyasında qatar gözləyən 30 yaşlı gəncin ayağı qatarla platforma arasında qalıb.

Alınan məlumata görə, stansiyada olan bələdçilərin çağırışı ilə polis əməkdaşları gəncə ilk yardım göstəriblər. Ayağından xəsarət alan gənc özünü pis hiss etdiyindən hadisə yerinə təcili tibbi yardım çağırılıb.

Polis əməkdaşlarının köməyi ilə gənc stansiyadan çıxarılaraq təcili tibbi yardım maşınına aparılıb.

/interpress.az/


Müəllif: