16 İyul 2014 14:36
618

Azərbaycanda 46 nəfər ədliyyə orqanlarına qulluğa qəbul olunub.

Ədliyyə Nazirliyi Penitensiar xidmətin İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, iyulun 16-da 46 nəfər vətəndaş Ədliyyə orqanlarında qulluğa qəbul olunaraq Penitensiar xidmətdə kiçik rəis heyətində vəzifələrə təyin olunublar.

Onlardan 33 nəfəri yeni fəaliyyətə başlamış Şəki Penitensiar müəssisəsinə, 13 nəfəri isə digər cəzaçəkmə müəssisələrinə və Mühafizə Alayına təyinat alıblar.

Tədbirdə iştirak edən ədliyyə nazirinin müavini, Penitensiar xidmətin rəisi ədliyyə general-leytenantı Mədət Quliyev gənc əməkdaşları Azərbaycan Respublikasının Ədliyyə Naziri I dərəcəli dövlət ədliyyə müşaviri cənab Fikrət Məmmədovun adından xidmətə qəbul olunmaları münasibətilə təbrik edib, onlara seçdikləri şərəfli işdə uğurlar arzulayıb.

Daha sonra gənc əməkdaşlar Penitensiar xidmətin tarix muzeyinə baxış keçiriblər.

/ans press/


Müəllif: