16 İyul 2014 15:24
1 054
12 Punto 14 Punto 16 Punto 18 Punto

Kimberli Qordon adlı amerikalı körpənin bəxti gətirib. Onun doğulmasından bir neçə saat öncə anasını ildırım vurub. Həkimlərin səyləri sayəsində körpə dünyaya sağ-salamat gəlib.

Nyu-Meksiko ştatının sakini Kendra Vilyanueva həyat yoldaşı Yanla birlikdə ABŞ-ın müstəqillik günü bayramlarına qatılıb. İnsanların da toplaşdığı yerdə gəzişərkən birdən yağış başlayıb.

Cütlük sığınacağa çatmayıb. Hamiləliyinin 8-ci ayında olan Kendranı ildırım vurub. Həkimlərin sözlərinə görə, elektrik enerjisi qadının qulaq pərdələrini deşib. Xoşbəxtlikdən qadın sağ qalıb. Hadisədən bir saat sonra isə qadın doğub.

Həkimlər baş verən hadisədən sonra körpənin sağlam olmasına heyrətlərini gizlədə bilməyiblər.

/milli.az/


Müəllif: