16 İyul 2014 17:17

ABŞ-ın Azərbaycandakı səfirliyi 2,4 milyon dollarlıq qrant məsələsi ilə bağlı bəyanat yayıb.

ABŞ-ın Azərbaycandakı səfirliyindən Teleqraf.com-a daxil olan bəyanatda deyilir:

“Bu bəyanatın məqsədi son zaman ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyinin (USAİD) qrant proqramı ilə bağlı mətbuatda müşahidə olunan yalnış hesabatlara və anlaşılmazlıqlara aydınlıq gətirməkdir. Təkliflərlə müraciət prosesində, habelə təkliflərin toplanmasında heç bir qeyri-nizamilik və ya uyğunsuzluq yer almamışdır. Dünyada qəbul olunmuş bütün standart prosedurlara riayət olunmuş və sözügedən proses tam ədalətli və şəffaf olmuşdur.

Azərbaycan Mətbuatına Dəstək Fəaliyyəti proqramı barədə ictimayyətə 2014-cü ilin may ayının 21-də məlumal verilmişdir. Standart prosedura uyğun olaraq qrant barədə məlumat www.grants.gov saytında və USAİD-in Azərbaycandaki “Facebook” səhifəsində elan olunmuşdur. Həmçinin iyunun 10-da proqram barədə məlumat USAİD-in Azərbaycandaki veb səhifəsindədə yerləşdirilmişdir. Təkliflərin qəbulu vaxtı 2014-cü ilin may ayının 21-dən iyulun 7-ə kimi idi”.

Səxavət


Müəllif: