16 İyul 2014 20:56
974
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakıda mənzildən 2 azyaşlı uşaq xilas edilib.

Hadisə Suraxanı rayonunda baş verib.

Belə ki, FHN-in “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, 2 nəfər azyaşlı giriş qapısının təsadüfən kilidlənməsi nəticəsində mənzildə köməksiz vəziyyətdə qalıb.

Dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub.

Xilasedicilər doqquzmərtəbəli yaşayış binasının 7-ci mərtəbəsində yerləşən mənzilə təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə damdan enərək daxil olublar.

Mənzildə nəzarətsiz qalmış uşaqlar aidiyyəti üzrə təhvil verilib.

/ans press/


Müəllif: