16 İyul 2014 22:37
905
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ-da yaşayan yəhudilər İsrailin Qəzzaya hücumuna etiraz ediblər.


ABŞ-da yaşayan bəzi yəhudi qrupları İsrailin bir neçə gündür Qəzzaya davam edən hücumlarını qınayıblar. Onlar İsrailin hücumlarının həm beynəlxalq hüququ, həm də yəhudi qanunlarını pozduğunu bildiriblər. BMT qarşısındakı etirazlara qatılan yəhudilər İsrailin hücumlarının cinayət olduğunu söyləyiblər.

ABŞ-da fəaliyyət göstərən yəhudi təşkilatlarından birinin rəhbəri Haham Veiss BMT-yə yaxın yerləşən Vilyamsburq məhəlləsində yaşayan bütün yəhudilərin İsrailə qarşı olduğunu vurğulayıb. Haham Veiss Fələstin torpaqlarının qanuni sahiblərindən zorla alınmasını oğruluq olaraq qiymətləndirib.

/axar,az/


Müəllif: