17 İyul 2014 12:35
1 120
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dövlət məmurları və onların ailə üzvləri ilə bağlı mətbuatda gedən məlumatlar qərəzli deyilsə, tərəfimizdən araşdırılır, araşdırılacaq və müvafiq tədbirlər göruləcək.

Teleqraf.com xəbər verir ki, bunu Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsinin rəisi Kamran Əliyev İdarə tərəfindən 2014-cü ilin I yarısında korrupsiyaya qarşı mübarizə sahəsində görülmüş işlərlə bağlı keçirilən mətbuat konfransında deyib.

Onun sözlərinə görə, kütləvi informasiya vasitələrində bəzi vəzifəli şəxslər və onların ailə üzvləri ilə bağlı məlumatlarda hüquqi tərəflərlə yanaşı, etik məsələlər də var: "Prezident İlham Əliyev də çıxışlarında dəfələrlə bu məsələyə toxunub. Dövlət qulluqçularının etik davranış kodeksi var. Hər bir dövlət qulluqçusu, vəzifəli şəxs özünə, öz ailəsinə qarşı bu məsələlərdə həssas və diqqətli olmalıdır. Kiminsə bahalı maşını varsa, onun şəklini çəkib internetə qoyubsa, bunun hüquqi araşdırılmasına ehtiyac yoxdur. Əks halda gərək daim elə yalnız bu işlə məşğul olaq".


Müəllif: