17 İyul 2014 14:10
954
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakıda maraqlı aksiya keçiriləcək.

Alınan məlumata görə, şəhərin mərkəzində keçiriləcək aksiya çayla bağlıdır.

Belə ki, şəhərin mərkəzi küçələrindəki kafelərdə çay içməyin həddindən artıq baha olduğunu düşünən bir qrup insan şəhərdə pulsuz çay dəsgahı quracaq. Bu barədə elan artıq sosial şəbəkələrdə yayılıb.

"Şəhərdə oturub çay içmək yemək yeməkdən baha başa gəlir. Xüsusilə bulvarda. Bir də istəmədiyimiz halda gətirib mürəbbə, şirniyyat da qoyurlar".

Bu məsələni qabartmaq məqsədilə 19 iyul saat 21:30-da hərə özü ilə bir termos və bir neçə stəkan gətirib əvvəl bulvardakı "Mirvari" kafesinin yanında, sonra növbə ilə digər kafelərin yanında çay dəsgahı quraacaq. Hətta ordan keçən digər vətəndaşlara da çay süzüb paylanacaq.

/ans press/


Müəllif: