17 İyul 2014 14:33
2 211
12 Punto 14 Punto 16 Punto 18 Punto

İsmayıllı rayonunun Kürtmaşı kəndində məktəb direktoru azyaşlı qıza təcavüz edib. Kənd sakinlərinin qəzəbinə səbəb olan hadisənin üstü isə bir neçə gün öncə açılıb.


Bu barədə kənd sakinləri məlumat verib. Onların sözlərinə görə, bir neçə gün öncə A. adlı qız evdən yoxa çıxıb. Göyçay rayon Qarayazı kəndindən bir oğlana ərə verilən qızın öz qız toyundan sonra yoxa çıxması ailənin narahatlığına səbəb olub:

“Qız toyu olmuşdu. Avqustun 2-də oğlan toyu olmalıydı. Ancaq qız birdən-birə yoxa çıxdı. Anası Daxili İşlər Nazirliyinin “102” xidmətinə müraciət etdi. Polis axtarışa başladı. Qız yoxa çıxandan 3 gün sonra tapıldı və məlum oldu ki, onu məktəb direktoru aparıbmış".

Sakinlərkn sözlərinə görə, 56 yaşlı Zahid Namazov İsmayıllı rayon Kürtmaşı kənd orta məktəbində fəaliyyət göstərən qaçqın məktəbinə rəhbərlik edir. Kənd yaxınlığında qaçqınların məskunlaşdığı 15-20 evdən ibarət "Göbələk" adlanan yaşayış massivində yaşayır. Ağdam qaçqını olan direktorla A.-nın 3 ildən çoxdur ki, münasibət varmış:

"Məktəb direktoru hazırda 18 yaşı olan A.-ilə 13-14 yaşından bəri münasibətdə olub. Qız bildirib ki, Zahid Namazov ona atalıq edir və guya mebel almağa aparıbmış. Necə atalıqdırsa, ananın bundan xəbəri yoxdur. A.-nın öz atası rəhmətə gedib. Direktorun qızın bakirəliyini bərpa etdirmək üçün həkimə apardığını öyrənən camaat etiraza qalxıb".

Kənd sakinləri məktəb direktorunun əxlaqsızlığına göz yummaq fikrində deyil. Ötən gün - iyulun 16-da 200 nəfərə yaxın kənd sakini rayon İcra Hakimiyyətində olub və direktorun kənddən çıxarılmasını tələb ediblər:

"Zahid Namazov nəinki məktəb direktoru işləyə bilməz, ümumiyyətlə kənddə qala bilməz. Ancaq İcra Hakimiyyətində məsələyə soyuqqanlı yanaşıblar. Kənd ağsaqqallarına deyiblər ki, sakitliyi qorusunlar, yaxınlarda tədbir görəcəyik. Ancaq biz gözləmək niyyətində deyilik, bu əxlaqsızlığın cavabı dərhal verilməlidir"

/axar.az/


Müəllif: